Təhsil Nazirliyi yanında Daimi Şuralar

Təhsil sahəsində həyata keçirilən islahatların səmərəliliyinin artırılması, Təhsil Nazirliyinin təhsil sahəsində qərarlarının müzakirəsi və qəbul edilməsi prosesində vətəndaşların, ictimai birliklərin iştirakının təmin edilməsi, təhsilin inkişafı ilə bağlı irəli sürülən ideya və təşəbbüslərin müzakirəsi, təklif və tövsiyələrin hazırlanması, təhsil sahəsində prioritetlərin müəyyənləşdirilməsi və qərarların qəbul edilməsi, nazirllik tərəfindən hazırlanmış normativ-hüquqi sənədlərə, proqram və layihələrə rəy və təkliflərin verilməsi, nazirliyin struktur bölmələri və qurumlarının işinin əlaqələndirilməsi məqsədi ilə 5 sahə üzrə Daimi Şura yaradılıb:

 

1. “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şura dərslik və təhsil məzmunu sahəsində problemləri və təklifləri bütün maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərlərinə ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradır.
 
2. “Təhsil və məşğulluq” üzrə Daimi Şura təhsilin aşıladığı  səriştə və biliklərin əmək bazarına uyğunluğu, ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və digər mövzuları dövlət qurumları, özəl sektor, təhsil müəssisələri və işəgötürənlərin iştirakı ilə müzakirə etmək üçün açıq və konstruktiv platforma rolunu oynayır.
 
3. “Tələbə və Gənclər” üzrə Daimi Şuranın təhsil islahatları və siyasətinə töhfə vermək məqsədi ilə gənclər və tələbələr arasında əməkdaşlığın qurulması və dəstək mexanizmlərini yaradır, həmçinin ölkəmizdə və xaricdə təhsil almış gənclər və tələbələrin təcrübələrindən və biliklərindən faydalanaraq ümumi müzakirə üçün platforma təsis edir.
 
4. Təhsil və İKT üzrə Daimi Şura tədris prosesində İKT-dən səmərəli istifadə və elektron tədris resurslarının tətbiqi ilə bağlı məsələlərin müzakirəsi və təkliflərin hazırlanmasına imkan yaradır, əlavə olaraq inzibati və pedaqoji heyətin İKT üzrə bacarıqlarının artırılması sahəsində müasir yanaşmaların tətbiqini həyata keçirir.
 
5. Pilot Layihələr üzrə Daimi Şura təhsil sahəsində həyata keçirilən pilot layihələrin səmərəliliyinin artırılması, təhsilin inkişafı ilə bağlı irəli sürülən innovativ ideya və təşəbbüslərin müzakirəsi, əlaqələndirmə və hesabatlılığın təmin olunması məqsədilə yaradılıb.