2019-2020-ci dərs ili üçün Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları  üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair

SUAL-CAVAB

 

Sual: Elektron sistem vasitəsilə I sinfə qəbul hansı rayon və şəhərləri əhatə edir?

Cavab: www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrini, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarını, o cümlədən  həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.

 

Sual: I sinfə şagird qəbulu hansı müddətlərdə həyata keçirilir?

Cavab: Ərizələrin onlayn qeydiyyatı 13.03.2019-cu il tarixdən 15.09.2019-cu il tarixədək həyata keçirilir.

 

Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?

Cavab: I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.

 

Sual: 2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəblərinin  I sinfinə  şagird qəbulu necə həyata keçirilir?

Cavab: 2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların Azərbaycan bölməsi üzrə I sinfinə şagird qəbulu ümumi qaydada həyata keçirilir (Tədrisi xüsusi proqramla aparılan Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla).

 

Sual: Elektron sistem hansı zərurətdən tətbiq edilir?

Cavab: I sinfə elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir.

 

Sual: Uşaqların I sinfə qəbulunun qanunvericilik əsasları hansılardır?

Cavab: Uşaqların I sinfə qəbulu “Təhsil haqqında” Qanuna, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər müvafiq hüquqi-normativ aktlara əsasən həyata keçirilir.

 

Sual: I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi valideynlərə hansı imkanları verir?

Cavab: I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

 

Sual: Məktəblərin seçimi hansı qaydada aparılır?

Cavab: Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.

 

Sual: Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?

Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Alternativ qeydiyyat mərkəzlərində aparıla bilər.

 

Sual: Alternativ qeydiyyat mərkəzləri harada fəaliyyət göstərir?

Cavab: I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə ərizə qəbulu üzrə müəyyənləşdirilmiş məktəblərdə Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərir.

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Yevlax və Samux rayonları üzrə I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə Alternativ qeydiyyat mərkəzi yaradılıb:

 

Bakı şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

Səbail rayonu üzrə

7 nömrəli tam orta məktəb

163 nömrəli tam orta məktəb

236 nömrəli tam orta məktəb

 

Nizami rayonu üzrə

129 nömrəli tam orta məktəb

145 nömrəli tam orta məktəb

214 nömrəli tam orta məktəb

272 nömrəli tam orta məktəb

 

Nəsimi rayonu üzrə

19 nömrəli tam orta məktəb

44 nömrəli tam orta məktəb

247 nömrəli tam orta məktəb

 

Yasamal rayonu üzrə 

18 nömrəli tam orta məktəb

21 nömrəli tam orta məktəb

60 nömrəli tam orta məktəb

 

Nərimanov rayonu üzrə

57 nömrəli tam orta məktəb

82 nömrəli tam orta məktəb

177 nömrəli tam orta məktəb

 

Xətai rayonu üzrə

17 nömrəli tam orta məktəb

24 nömrəli tam orta məktəb

116 nömrəli tam orta məktəb

165 nömrəli tam orta məktəb

191 nömrəli tam orta məktəb

 

Sabunçu rayonu üzrə

69 nömrəli tam orta məktəb

74 nömrəli tam orta məktə

75 nömrəli tam orta məktəb

78 nömrəli tam orta məktəb

128 nömrəli tam orta məktəb

130 nömrəli tam orta məktəb

170 nömrəli tam orta məktəb

 

Suraxanı rayonu üzrə

84 nömrəli tam orta məktəb

76 nömrəli tam orta məktəb

279 nömrəli tam orta məktəb

315 nömrəli tam orta məktəb

285 nömrəli tam orta məktəb

 

Qaradağ rayonu üzrə

 110 nömrəli tam orta məktəb

180 nömrəli tam orta məktəb

195 nömrəli tam orta məktəb

328 nömrəli tam orta məktəb

274 nömrəli tam orta məktəb

288 nömrəli tam orta məktəb

 

Xəzər rayonu üzrə

136 nömrəli tam orta məktəb

156 nömrəli tam orta məktəb

181 nömrəli tam orta məktəb

234 nömrəli tam orta məktəb

120 nömrəli tam orta məktəb

 

Pirallahı rayonu üzrə

235 nömrəli tam orta məktəb

 

Binəqədi rayonu üzrə

83 nömrəli məktəb-lisey

102 nömrəli tam orta məktəb

182 nömrəli tam orta məktəb

297 nömrəli tam orta məktəb

313 nömrəli tam orta məktəb

 

Gəncə şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

10 nömrəli tam orta məktəb

16 nömrəli tam orta məktəb

25 nömrəli tam orta məktəb

26 nömrəli tam orta məktəb

41  nömrəli tam orta məktəb

 

Sumqayıt şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

6 nömrəli tam orta məktəb

16 nömrəli tam orta məktəb

23 nömrəli tam orta məktəb

34  nömrəli tam orta məktəb

 

Abşeron rayonu üzrə Alternativ qeydiyyat mərkəzləri:

Xırdalan şəhəri  4 nömrəli tam orta məktəb

Xırdalan şəhəri  6  nömrəli tam orta məktəb

Masazır kənd 3 nömrəli tam orta məktəb

Mehdiabad  kənd 3 nömrəli tam orta məktəb

Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəb

Saray qəsəbə 3 nömrəli tam orta məktəb

 

Samux rayonu üzrə Alternativ qeydiyyat mərkəzləri:

Samux  şəhər  1 nömrəli məktəb-lisey

Qarayeri  qəsəbə 1 nömrəli məktəb-lisey

İnstitut qəsəbə tam orta  məktəb

Sərkar  kənd  tam orta  məktəb

Lüksenburq  kənd  tam  orta məktəb

Qovlarsarı kənd  tam  orta məktəb

Poylu  kənd  tam orta  məktəb

Əhmədbəyli kənd tam  orta  məktəb

 

Yevlax rayonu üzrə Alternativ qeydiyyat mərkəzləri:

Şəhər 1 nömrəli tam orta  məktəb

Şəhər 2 nömrəli tam orta  məktəb

 

Mingəçevir şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

Şəhər 1 nömrəli tam orta  məktəb

Şəhər 4 nömrəli tam orta  məktəb

Texniki-Humanitar lisey

 

Naftalan şəhəri üzrə Alternativ qeydiyyat Mərkəzi:

İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb

 

Şirvan şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

Şirvan Şəhər Təhsil Şöbəsi

S.Hüseynov adına 1 nömrəli məktəb-lisey

E.İmanov adına 10 nömrəli tam orta məktəb

T.Bağırov adına 11 nömrəli tam orta məktəb

M.Osmanov adına 20 nömrəli tam orta məktəb

 

Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?

Cavab: Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.

 

Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrindən istifadə edə bilər?

Cavab: Mobil telefon və ya elektron poçt ünvanı.

 

Sual: Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

Cavab: Xeyr. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

 

Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu, ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?

Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbul üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:

• valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayanlar;

• valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən;

• bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.

 

Sual:  Məktəbəhazırlıq qruplarındakı uşaqların  I sinfə  qeydiyyatına ehtiyac varmı?

Cavab: Məktəbəhazırlıq qruplarındakı uşaqların  I sinfə  qeydiyyatına ehtiyac yoxdur. məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

 

Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün  sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?

Cavab: Şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir.

 

Sual: Valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbin digər müəllimlərindən birini seçə bilərmi?

Cavab: Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.

 

Sual: Digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulu necə həyata keçirilir?

Cavab: 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın şifahi nitq bacarıqları qiymətləndiriləcək.

 

Sual: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hara müraciət etməlidir?

Cavab: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün  şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq Müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydə düşür. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır.

 

Sual: Digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulu zamanı müsahibə yalnız elektron şagird qəbulu aparılan  rayon və şəhərlərdə təşkil ediləcək?

Cavab: Xeyr, digər dildə tədris aparılan bölmə üzrə müsahibə bütün rayon və şəhərləri əhatə edəcək.

 

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat valideynə nə zaman və necə bildiririləcək?

Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

 

Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların qeydiyyat necə aparılır?

Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, “Ərazi üzrə” bölməsi seçib, müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqləndikdən sonra, uşaq həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçərsə, həmin liseyə qəbul edilmiş hesab edilir. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “müsabiqə yolu ilə qəbul” bölməsini seçərək övladının həmin  təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər.

 

Sual: Müsahibə zamanı uşaqlara hansı istiqamətdə suallar verilir?

Cavab: Digər dildə tədris aparılan bölmə üzrə uşaqların məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən yoxlanılır.

 

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə iştirak zamanı hansı sənədlər tələb olunur?

Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibəyə gələrkən valideynin və uşağın şəxsiyyətini təsdiq sənəd gətirilməsi tələb edilir.

 

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi ilə qane olmadıqda hara müraciət etmək olar?

Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hər həftənin 3-cü və 5-ci günləri Rayon (Şəhər) Təhsil Şöbələrində (İdarələrində) təşkil edilmiş İşçi qruplarına müraciət edə bilər.

 

Sual: Valideynlərin (qanuni nümayəndələrin) qeydiyyat ünvanı lisey və gimnaziyalar üzrə müəyyən edilmiş əraziyə uyğundursa, digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi nəticəsində uğur qazanmayan uşaqlar həmin məktəbin Azərbaycan bölməsinə qəbul edilə bilərmi?

Cavab: Bəli, uşaq digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.

 

Sual: Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandığı halda, növbəti addımlar hansılardır?

Cavab: Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb seçimi edə bilər.

 

Sual: Hansı halda digər dildə tədris aparılan bölmə üzrə qəbul müsahibədənkənar mümkündür?

Cavab: Əgər uşaq ümumtəhsil məktəblərində digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alırsa, ona sistemdə məktəbin kateqoriyasından asılı olaraq sorğu yerləşdirmək hüququ verilir.

 

Sual: Azərbaycan bölməsi üzrə məktəbhazırlıq qrupunda təhsil alan uşaqların müsabiqdənkənar digər dildə tədris aparılan bölmə üzrə məktəb seçimi hüququ varmı?

Cavab: Övladı Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan  valideyn (və ya qanuni nümayəndə) elektron sistemdəki qeydiyyatını ləğv edərək digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirmək istəyərsə, əvvəlcə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.

 

Sual: Digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qrupunda təhsil alan uşaqların sorğusunu ləğv edib, başqa məktəb seçmək hüququ varmı?

Cavab: Bəli. Bunun üçün sistemə əvvəl yerləşdirilmiş sorğu ləğv olunmalı, sonra kateqoriyasından asılı olaraq yeni məktəb seçilməlidir. Məktəbəhazırlıq qrupunda təhsil alan uşağın müsahibə mərhələsində iştirak etməsinə ehtiyac yoxdur.

 

Sual:  Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları qəbulu necə həyata keçirilir?

Cavab: Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları yalnız müsabiqə yolu ilə qəbul edilir.

 

Sual: Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və gimnaziyalara qəbulu mümkündürmü?

Cavab: Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin məktəbin müəyyən edilmiş ərazisinə uyğun deyilsə, “Gözləmə” menyusunu seçərək növbəyə yazılacaqdır. Digər dildə tədris aparılan bölmə seçildiyi halda müsabiqəyə yazıla bilər.

 

Sual: “Gözləmə” menyusu nədir?

Cavab: 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə boş şagird yerləri yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər “Gözləmə” menyusu vasitəsilə növbəyə yazıla bilirlər.

 

Sual: “Gözləmə” menyusunda növbəlilik funksiyası hansı məktəblərə şamil edilir?

Cavab: 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlər “Gözləmə” menyusu vasitəsilə boş şagird yerləri yarandığı halda, sorğu yerləşdirilməsi üçün növbəyə yazıla bilərlər.

 

Sual: I sinfə şagird qəbulu prosesində “Gözləmə” menyusu nə vaxt aktivləşir?

Cavab: I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş məktəblər üzrə valideynin növbəyə yazılması üçün aktivləşir. “Gözləmə” menyusu vasitəsilə növbəyə ancaq hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideynlər (qanuni nümayəndələrin) yazıla bilir. Valideyn növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilər, ancaq yerləşdirdiyi sorğuya uyğun ərizəni çap edən zaman, onun növbəsinin silinməsi barədə valideynə bildiriş çıxır.

Onu da qeyd edək ki, yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul üstünlük hüququ əsasında aparılır. Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonlarında, o cümlədən  həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində üstünlük hüququ əsasında şagird qəbulu aparılmır.

 

Sual: Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə “Gözləmə” menyusu nə vaxt aktivləşir?

Cavab: Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə siniflər üzrə boş şagird yerləri olduqda valideynlərə aşağıdakı seçimlər verilir:

• “üstünlük hüququm var” – Valideyn qeydiyyatdan keçib, ərazi üzrə məktəbə sorğu yerləşdirib, imtina cavabı aldığı halda növbəyə yazıla bilir;

• “üstünlük hüququm yoxdur, növbəyə yazılıram” – Valideyn qeydiyyatdan keçib, məktəbə sorğu yerləşdirmədən birbaşa növbəyə yazıla bilir.

Qeyd: Bu kateqoriyadan olan məktəblərdə şagird yerləri tutulduqdan sonra növbədə olan və prioritetlərə cavab verməyən sorğular silinir. Bu barədə valideynə bildiriş göndərilir.

 

Sual: Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdən şagird yerləri tutulduqdan sonra “Gözləmə” menyusu aktivləşəcəkmi?

Cavab: Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə şagird yerləri tutulmuş məktəblər üçün valideyn növbəyə yazılır. Bu zaman növbəyə yazılmış bütün sorğular sistem tərəfindən yoxlanılır, qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşamayan valideynlərin (qanuni nümayəndələrin) növbəliliyi ləğv edilir və bu barədə müvafiq bildiriş göndərilir.

 

Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz?

Cavab: Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda valideyn başqa məktəb seçimi edə bilər.

 

Sual: Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa nə etmək lazımdır?

Cavab: Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş daimi qeydiyyatda olduğu rayon icra hakimiyyətinə müraciət etməli və yaxud  məcburi köçkün vəsiqəsi ilə birlikdə Alternativ qeydiyyat mərkəzlərinə müraciət etməlidir.

 

Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?

Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün  aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:

• Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;

• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;

• xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;

• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

• uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);

• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

• valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

 

Sual: Bakı şəhəri üzrə I sinfə qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə bilərlər?

Cavab: Bakıda üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunan məktəblərdə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Üstünlük hüquqlarına əsasən qəbul aparılan məktəblərin ərazisində kirayədə yaşayanlar övladlarını yalnız əvvəlcədən müəyyənləşdirilmiş müddətdən sonra həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

 

Sual: Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı necə aparılır?

Cavab: Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vəsiqəsi və xarici ölkənin doğum haqqında şəhadətnaməsi əsasında aparılır.

 

Sual: Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ qeydiyyat mərkəzində belə övladının qeydiyyatı mümkün olmayan valideyn hara müraciət edə bilər?

Cavab: Təcrübə göstərir ki, bu kimi hallar yalnız bəzi valideynlərin müvafiq qaydalarla razılaşmaması səbəbindən yarana bilir. Bu kimi hallarda valideynlər 01.04.2019-cu il tarixdən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər. Onu da qeyd edək ki, Apelyasiya komissiyaları I sinfə qəbulun elektron qeydiyyat vasitəsilə həyata keçirildiyi bütün şəhər və rayonlarda fəaliyyət göstərir.

 

Sual: Apelyasiya komissiyaları harada fəaliyyət göstərir?

Cavab: Apelyasiya komissiyaları aşağıdakı məktəblərdə fəaliyyət göstərir:

 

Bakı şəhəri üzrə:

Bakı Şəhəri 42 nömrəli tam orta məktəb (ünvan: Akademik Mirqasımov küçəsi 6)

 

Gəncə şəhəri üzrə:

Gəncə Dövlət Universiteti (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 187)

 

Sumqayıt şəhəri üzrə:

Sumqayıt Dövlət Universiteti (ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə)

 

Mingəçevir şəhəri üzrə:

Texniki-humanitar lisey (ünvan: Rəsul Rza küçəsi 14a)

 

Naftalan şəhəri üzrə:

İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb (ünvan: Şıxəli Qurbanov küçəsi 1)

 

Şirvan şəhəri üzrə:

Şirvan Şəhər Təhsil Şöbəsi (ünvan: Məmməd Əmin Rəsulzadə prospekti 10)

 

Abşeron rayonu üzrə:

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci (ünvan: Xırdalan şəhəri, 26-cı məhəllə)

 

Yevlax rayonu üzrə:

Şəhər 2 nömrəli tam orta məktəb (ünvan: Heydər Əliyev prospekti 66)

 

Samux rayonu üzrə:

1. Samux şəhər 1 nömrəli məktəb-lisey (ünvan: Heydər Əliyev prospekti 22)

2. Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey (ünvan: Qarayeri qəsəbəsi)

3. İnstitut qəsəbə tam orta məktəb (ünvan: İnstitut qəsəbəsi)

 

Sual: Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərlərmi?

Cavab: Bəli.

 

Sual: Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?

Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.

 

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?

Cavab: Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

 

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?

Cavab: Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.04.2019-cu il tarixdən həftənin II günü yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) Bakı Şəhəri üzrə Təhsil İdarəsində, Sumqayıt Şəhər Təhsil Şöbəsində, Gəncə Şəhər Təhsil İdarəsində, Mingəçevir Şəhər Təhsil Şöbəsində,  Naftalan Şəhər Təhsil Şöbəsində, Şirvan Şəhər Təhsil Şöbəsində, Abşeron Rayon Təhsil Şöbəsində, Yevlax Rayon Təhsil Şöbəsində və Samux Rayon Təhsil Şöbəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

 

Sual: Bakı şəhərində sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti,tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.04.2019-cu il tarixdən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirməlidir.

 

Sual: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideyn məktəb seçimini necə olunur?

Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiyaya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

 

Sual: Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?

Cavab: İlk növbədə, məsul şəxs www.mektebeqebul.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.

 

Sual: I sinfə qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?

Cavab:

• Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinə;

• Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya komissiyasına.

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də  info@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə,

Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu,  eləcə də ganja@edu.gov.az elektron poçt ünvanı vasitəsilə,

Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, eləcə də  sumgayıt@edu.gov.az  elektron poçt ünvanı vasitəsilə,

Mingəçevir Şəhər Təhsil Şöbəsinin (0-2427) 5-47-65 nömrəli telefonu, eləcə də mingachevir@edu.gov.az elektron poçt ünvanı vasitəsilə,

Naftalan Şəhər Təhsil Şöbəsinin (0-2235) 2-30-64 nömrəli telefonu, eləcə də naftalan@edu.gov.az elektron poçt ünvanı vasitəsilə,

Şirvan Şəhər Təhsil Şöbəsinin (0-2121) 5-02-91 nömrəli telefonu, eləcə də shirvan@edu.gov.az elektron poçt ünvanı vasitəsilə,

Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, eləcə də absheron@edu.gov.az elektron poçt ünvanı vasitəsilə,

Yevlax Rayon Təhsil Şöbəsinin (0-2233) 6-33-84 nömrəli telefonu, eləcə də yevlakh@edu.gov.az elektron  poçt ünvanı vasitəsilə,

Samux Rayon Təhsil Şöbəsinin (0-2227) 51-159 nömrəli telefonu, eləcə də samukh@edu.gov.az elektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (nömrə: 146) zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.

 

Sual: Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi tam olaraq hansı halda başa çatmış hesab olunur?

Cavab: Valideynin (qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra uşağın məktəbə yerləşdirilməsi başa çatır.

 

Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?

Cavab: Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.

 


 

Videotəlimat