İ.H.Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:
 
 İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilsin.
 
 İlham ƏLİYEV,
 Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 25 iyul 2013-cü il