Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 820)  ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1.1-ci yarımbənddə "sanitar-epidemioloji rəyə" sözləri "uyğunluq sertifikatına" sözləri ilə əvəz edilsin;
2. 1.7.1-ci yarımbənddə "şəhər və kənd yaşayış məntəqələrinin planlaşdırılmasına və tikintisinə dair tələblərə" sözləri "ərazi planlaşdırılması sənədlərinə" sözləri ilə əvəz edilsin;
3. 2.2.2-ci yarımbənddə "kənd və şəhər məntəqələrinin planlaşdırılmasına və tikintisinə dair normaların" sözləri "ərazi planlaşdırılması sənədlərinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin" sözləri ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
 Bakı şəri, 12 iyun 2013-il
№ 132