Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli, 2739 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1.  Azərbaycan Xalq Cümhuriyyətnin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatikmünasibətlərin qurulmasında böyük xidmətlərgöstərmiş görkəmli ictimai-siyasi xadimƏlimərdan bəy Topçubaşovun 150 illik  yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).    
2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi,  səhər (rayon) təhsil idarələri (şöbələri), təhsil müəssisələri Tədbirlər Planının icrasını təmin etsin və görülmüş işlər haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixinə qədər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etsin. 
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin və Tədbirlər Planının “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirməsini təmin etsin.  
4. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin. 
6.Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun. 
Əsas:Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli, 2739 nömrəli Sərəncamı.
 
 Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 mart 2013-cü il
№362

Əlavə: