Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli, 2663 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
 
ƏMR   EDİRƏM:
 
1. Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, parlaq bədii istedada malik söz sənətkarı Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər.
 3. Müəssisələrin rəhbərlərinə Tədbirlər Planının icrasının təmin edilməsi və görülmüş işlər haqqında məlumatın 30 aprel 2013-cü il tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin və Tədbirlər Planının “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirməsini təmin etsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin  16 yanvar 2013-ci il tarixli, 2663 nömrəli  Sərəncamı.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 fevral 2013-cü il
№ 253

 
Əlavə: