Respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolunu böyüməkdə olan nəslə daha dolğun çatdırmaq məqsədilə
 
ƏMR EDİRƏM
  
1. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri və Nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri müsabiqənin yerlərdə keçirilməsini təşkil etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A. İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.
5.  Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi   T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.  
6.   İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi  (A.İbrahimov) müsabiqənin respublika mərhələsinin qaliblərinin əl işlərinin kataloqunun nəşri ilə bağlı zəruri tədbirləri həyata keçirsinlər.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə T.İsmayılov adına Uşaq-Gənclər  Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında müvafiq  vəsaitin nəzərdə tutulmasını təmin etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əsasnamə ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
9. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
10.  Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
ƏSAS: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında” Təhsil Nazirliyinin 177 nömrəli, 04 fevral 2013-cü il tarixli əmri.
           
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 fevral 2013-cü il
№ 252

 
Əlavə: