Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili məqsədilə
 
 
ƏMR EDİRƏM
 
1. 2013-cü ilin fevral-aprel aylarında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq   müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR Təhsil naziri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə şəhər Təhsil İdarəsinin və rayon (şəhər) təhsil şöbələrinin müdirləri   müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A. İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli köməklik göstərsin.
5. Zona və respublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri ezam edən təşkilatlar tərəfindən ödənilsin.
6. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı digər xərclərin ödənilməsi Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına müəyyən olunmuş qaydada həyata keçirilsin.                                                                                                                                                                                              
7. İqtisadiyyat şöbəsi (Ş. Əliyev) müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.
8. Ümumi şöbə (X. Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əsasnamə ilə birlikdə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
10.  Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə edilsin.                                                                 
 
Əsas: Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin 2013-cü il üçün iş planı.        
   
                                                                                                   
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 yanvar 2013-cü il
№ 134

 
Əlavə: