Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 
Uşaq və yeniyetmələrin yaradıcılıq potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkil olunması məqsədilə
 
ƏMR EDİRƏM
 
1. Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin Respublika   müsabiqəsi 2012-ci ilin noyabr ayında keçirilsin.
2.  Müsabiqənin Əsasnaməsi və Təşkilat Komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil   İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yüksək  səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənıin   yerlərdə təşkili və keçirilməsinə əməli köməklik göstərsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi   T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq olunmuş  xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına   müəyyən edilmiş qaydada həyata keçirilsin.  
6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi  (A.İbrahimov) müsabiqənin respublika mərhələsinin qaliblərinin əl işlərinin   kataloqunun nəşri ilə bağlı zəruri tədbirləri həyata keçirsinlər.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi”   qəzetində dərc olunmasını və əmri əsasnamə ilə birlikdə nazirliyin internet  səhifəsində yerləşdirilməsini təmin etsin.
8. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini  təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.
Əsas: Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin 2012-ci il üçün illik fəaliyyət planı.  
  
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
16 oktyabr 2012-ci il
№ 1619

 
Əlavə: