Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 610 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 30) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası"nın 2.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci hissədə ", Azərbaycan Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir, məzunlara şəhadətnamə və attestatların verilməsi təmin edilir" sözləri "qiymətləndirilir" sözü ilə əvəz edilsin və bu hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi məzunlara şəhadətnamə və attestatların verilməsini təmin edir.";
1.2. ikinci hissənin dördüncü abzasının ikinci cümləsində "Azərbaycan Respublikasının Təhsil Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası" sözləri ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
 Bakı şəhəri, 10 oktyabr 2012-ci il
 № 222