Ali və orta ixtisas təhsili müəssisələrində 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ali və orta ixtisas təhsili müəssisələrində 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Təhsil Nazirliyində «Qaynar xətt»in fəaliyyət göstərdiyi nəzərə alınsın (Tel: 496-34-82, faks: 496-37-61, e-mail: qaynar-xett@edu.gov.az).
2. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:
- 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar;
- qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin «Qaynar xətt»inə operativ məlumat verilməsini təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etsinlər;
- imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;
- qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın:
- Təhsil Nazirliyinin əməkdaşlarının, Nazirliyin Korrupsiqışa qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etsinlər;
- ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyası zamanı korrupsiya hallarının müəyyənləşdirilməsi üçün tələbələr arasında anket sorğularını təşkil etsinlər;
- qış imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və həmin halların baş verməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;
- sessiyanın nəticələrini təhlil edib müvafiq hesabatı müzakirəyə təqdim etsinlər.
4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.
5. Əmr «Azərbaycan müəllimi» qəzetində dərc edilsin və nazirliyin internet saytında yerləşdirilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Ali və orta ixtisas təhsili şöbəsinin iş planı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 dekabr 2007-ci il, 1225 saylı əmri ilə təsdiq olunmuş «Şəffaflığın artırılması və korrupsiqışa qarşı mübarizə üzrə Milli Strategiya»nın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı (2007-2011-ci illər).
                                                                       
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 dekabr 2011-ci il
№ 2156