"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il  23 may tarixli 429 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 
 
QƏRARA ALIR:
 
2. "Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilsin (2 nömrəli əlavə).
3. Müəyyən edilsin ki, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir.
4. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki:
4.1. bir ay ərzində elektron xidmətlər reyestrini formalaşdırsın;
4.2. mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin mərhələlərlə icra olunmasını nəzərə alaraq, bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda zərurət yarandığı halda dəyişikliklər edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, iki ay müddətində:
5.1. göstərilən elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınmasını təmin etsinlər;
5.2. elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının
Baş naziri  Artur Rasi-zadə
Bakı şəhəri, 24 noyabr 2011-ci il 
№ 191

Əlavələr: