"Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 29, № 4, maddə 287; 2011, № 3, maddə 230) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissəsində "siyahısı" sözləri "Təsnifatı" sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.2.1. adında "siyahısı" sözü "Təsnifatı" sözü ilə əvəz edilsin;
1.2.2. "6. Texniki və texnoloji ixtisaslar qrupu" bölməsində "128. 050650 Yanğın təhlükəsizliyi mühəndisliyi" sözlərindən sonra "128-1. 050651 Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" sözləri əlavə edilsin;
1.2.3. "8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu" bölməsindən "050812 Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" sözləri çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 18 noyabr 2011-ci il
№ 188