İşçi qrupunun yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

YUNESKO-nun Moskva bürosunun müraciəti əsasında 2004-2011-ci illər ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən QİÇS epidemiyasının profilaktikası istiqamətində təhsil sahəsində görülmüş işlərin və əldə olunmuş irəliləyişlərin qiymətləndirilməsi məqsədilə 
ƏMR EDİRƏM
1. 2004-2011-ci illərdə QİÇS epidemiyasının profilaktikası istiqamətində təhsil sahəsində görülmüş işlərin və əldə olunan irəliləyişlərin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi Qrupu yaradılsın:

Ağababa İbrahimov Tərbiyə və məktəbdənkənar müəsisələr şöbəsinin   müdiri, İşçi Qrupunun rəhbəri;
Vüqar Əsgərov İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun müdiri, üzv;
Maral Salmanova Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin aparıcı məsləhətçisi, üzv;
Natiq Əliyev Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçisi, üzv;
Sabir Həmidov Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin baş    məsləhətçisi, üzv;
Aysel Hacıyeva
“Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” Layihəsinin Əlaqələndirmə Qrupunun direktoru, üzv;
Gülarə Hüseynova Bakı şəhəri, 248 nömrəli orta məktəbin biologiya müəllimi, üzv;
Şahin Xasıyev Respublika QİÇS-lə mübarizə Mərkəzi,   “Monitorinq və Qiymətləndirmə” şöbəsinin müdiri,   üzv;
Azər Ramazanov “Yaşlıların Təhsili” Assosiasiyasının sədri, üzv;
Piralı Əliyev Təhsil Problemləri İnstitutunun şöbə müdiri,   müstəqil koordinator, üzv.

 

2. Ali və orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri 25 noyabr 2011-ci il tarixinədək 2004-2011-ci illərdə QİÇS-lə bağlı keçirilən tədbirlər, görüşlər, konfranslar, seminarlar, aksiyalar və ümumilikdə bununla bağlı görülən işlər barədə məlumatları illər üzrə Təhsil Nazirliyinə təqdim etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin nazirliyin internet saytında və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə edilsin.
Əsas: YUNESKO-nun Moskva Bürosunun 10 avqust 2011-ci il tarixli, MOC/2011/LP/284 nömrəli məktubu.  
Misir MƏRDANOV 
Az
ərbaycan Respublikasının təhsil naziri
15 noyabr 2011-ci il
№1793