"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin 2005 - ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 15-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 305; 2009, № 2, maddə 141) "Kollegiyanın üzvləri" bölməsindən "İsgəndərov İsgəndər Barat oğlu - təhsil nazirinin müavini", "Hüseynova İradə Mehdiqulu qızı - təhsil nazirinin müavini", "Qasımov Elmar Eldar oğlu - təhsil nazirinin müavini" sözləri çıxarılsın və "Nağıyev Piri Abbas oğlu - Naxçıvan MR-in təhsil naziri" sözlərindən əvvəl "Novruzov Qulu Novruz oğlu - təhsil nazirinin müavini" sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri 
Artur Rasi-zadə
Bakı şəhəri, 3 noyabr 2011-ci il
№ 181