Respublika ifa müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında” Təhsil Nazirliyinin 10 fevral 2011-ci il tarixli, 247 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planının 5.3 bəndinin icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı məktəblilər arasında vətənpərvərlik mövzusuna həsr olunmuş ifa üzrə respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı müvafiq vəsaitin ayrılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əlavələrlə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
 
 
Misir MƏRDANOV
 
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il
№1695

 
Əlavə: