2011-ci il iyunun 9-da Lyublyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:

1. 2011-ci il iyunun 9-da Lyublyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Sloveniya Respublikası Hökumətini xəbərdar etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2011-ci il.