Respublika fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

2019-2020-ci tədris ili üzrə həyata keçirilmiş məktəblilərin Respublika fənn olimpiadalarının nəticələrinin elan edilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2019-2020-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri elan edilsin (nəticələrin siyahısı əlavə olunur).

2. Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsi (E.Məmmədov) əmrin çoxaldılıb aidiyyəti struktur qurum və bölmələrə, yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını, eyni zamanda “Azərbaycan müəllimi” qəzetində və Təhsil Nazirliyinin internet səhifəsində dərc edilməsini təmin etsin. 

 

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

30 iyun 2020-ci il

F-334

 

2019-2020-сi tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qaliblərinin adlı siyahısı