Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 2.2-ci, 2.3-cü, 2.4-cü bəndlərini və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.36-cı və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. Aşağıdakı tərkibdə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılsın:

 

Şuranın sədri

Məhəbbət Vəliyeva - Azərbaycan Respublikası Təhsil nazirinin müavini

 

Şuranın üzvləri:

Fərzəli Qədirov - Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini

Elnur Məmmədov - Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri,

İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən

Eşqi Bağırov - Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri

Vəfa Yaqublu - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri

Murad Camalzadə - Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən

Vüsal Xanlarov - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.

 

2. İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsi (A.Cəfərov) 30 gün müddətində  Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq edilməsi üçün təqdim etsinlər.

3. Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (M.Vəliyeva) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq aidiyyəti tədbirlərin icrasını və bu əmrdən irəli gələn məsələlərin həllini təmin etsin.

4. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

21 may 2020-ci il

F-251