E.S.İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

 

qərara alıram:

 

Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il