“ADA” Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli 216 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

 

QƏRARA ALIRAM:

 

1. “ADA” Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli 216 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 29) 1-ci hissəsinə “səviyyələri” sözündən sonra “və orta ixtisas təhsili” sözləri, ikinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il.