Sual:  Ötən ildən məktəbəhazırlıq qruplarına nə qədər şagird cəlb olunub?

Cavab:

• Məktəbəhazırlığın təşkili “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulduğu kimi mərhələli prosesdir.

• Məktəbəhazırlıq təhsilinin əhatəsi 2016-cı ildə ölkə üzrə 55%-ə çatıb.

• Məktəbəhazırlıq qrupları ölkə üzrə 2.795 dövlət məktəblərində təşkil olunub.

• Məktəbəhazırlıq təhsilinə 4.410 məktəbə hazırlıq qrupuna 86.970 uşaq və iş təcrübəsinə malik müəllim cəlb olunub.

Sual:  İnternat məktəblərində təhsil alan uşaqlar üçün məktəbəhazırlıq qrupları fəaliyyət göstərirmi? 

Cavab:

• Ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərində də məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. (Bakı şəhəri 11 və 10 nömrəli internat məktəbləri)