Əlavə 1
Azərbaycan Respublikası Təhsil Nazirliyi
və Gənclər və İdman Nazirliyinin birgə
qərarı ilə təsdiq edilmişdir.
Protokol № 220
Qərar № S-04
 
                                                                                                        
                             
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin VI Respublika Spartakiadasının
 
ƏSASNAMƏSİ
 
I. Məqsəd və vəzifələr
 
- bədən tərbiyəsi və idmanın uşaqlar arasında kütləvi inkişafına köməklik göstərmək;
- uşaqların fiziki cəhətdən sağlam böyüməsinə və idman növləri ilə daimi məşğul olmalarına zəmin yaratmaq;
- məktəblilərin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artmasına nail olmaq;
- yığma komandalarda iştirak edəcək ümidverici idmançıları aşkar etmək.
 
II. Spartakiadaya rəhbərlik
 
Spartakiadanın bütün mərhələlərinin həyata keçirilməsinə rəhbərliyi VI Spartakiadanın Təşkilat Komitəsi həyata keçirir, idman növləri üzrə yarışların keçirilməsinə rəhbərlik isə Baş hakimlər kollegiyasına həvalə edilir.
 
III. Spartakiadanın keçirilmə vaxtı
 
Yarışlar 4 mərhələdə keçiriləcək:
1- ci mərhələ - məktəbdaxili yarışlar, 2011-ci ilin fevral ayında;
2 – ci mərhələ - rayon, şəhər üzrə yarışlar, 2011-ci ilin mart-aprel aylarında;
3 – cü mərhələ - zona yarışları, 2011-ci ilin may ayında;
4 – cü mərhələ - final yarışları, 2011-ci ilin oktyabr ayında, Bakı şəhərində.
 
IV. Spartakiadanın keçirilmə qaydaları
 
1. Spartakiadanın proqramına daxil olan növlər üzrə yarışlar müvafiq idman növü üzrə Beynəlxalq Federasiyalar tərəfindən təsdiq olunmuş mövcud qaydalar əsasında keçirilir. 
2. Zonalarda idman növləri üzrə I yeri tutmuş komandalar final mərhələsində iştirak   edirlər.
3. Boks və Yunan-Roma güləşi üzrə yarışlar birbaşa final mərhələsində keçiriləcək.
4. Spartakiadada qaliblər ümumkomanda hesabı üzrə aparılır. Yarışların yekunlarına görə qaliblər 3 qrup üzrə müəyyənləşdirilir:
I qrup- respublikanın şəhərləri (Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan);
II qrup- respublikanın bütün rayonları;
III qrup- respublikanın ilk peşə-ixtisas məktəbləri.
Aşağıda göstərilmiş xallar cədvəlinə əsasən şəhər və rayonlar arasında ümumkomanda hesabında komandaların tutduqları yerlər müəyyənləşir:
 

Yer Xal Yer Xal Yer Xal
I 100 XI 20 XXI 10
II 85 XII 19 XXII 9
III 70 XIII 18 XXIII 8
IV 45 XIV 17 XXIV 7
V 40 XV 16 XXV 6
VI 35 XVI 15 XXVI 5
VII 28 XVII 14 XXVII 4
VII 26 XVIII 13 XXVIII 3
IV 24 XIX 12 XXIX 2
X 21 XX 11 XXX 1
                                                        
V. Mükafatlandırma
 
 Spartakiadanın final mərhələsində idman növləri üzrə şəxsi və komanda yarışlarında I yeri tutanlar hədiyyə və diplomlarla, II və III yerləri tutanlar isə yalnız diplomlarla təltif olunurlar. Spartakiadanın final mərhələsində idman növləri üzrə komanda yarışlarında I, II və III yerləri tutmuş komandaların məşqçiləri diplomlarla təltif olunurlar.
 
VI. İştirakçıların qəbul şərtləri
 
   Spartakiadanın III və IV mərhələlərində iştirak edən idman növləri üzrə komandaların yol və yolda olduqları müddətdə tələb olunan gündəlik xərcləri rayon, şəhər təhsil şöbələrinin, idarələrinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin hesabına, həmin komandaların yarış müddətində tələb olunan yaşayış xərcləri, hakimlərin əmək haqqı, ezam olunacaq nümayəndələrin, hakimlərin ezamiyyə xərcləri və idman ləvazimatlarının alınması Respublika Bədən Tərbiyəsi Mərkəzinin hesabına, yarışlar keçiriləcək yerlərin   icarəsi, final mərhələsində şəxsi və komanda yarışları qaliblərinin mükafatlandırılması xərcləri isə Gənclər və İdman Nazirliyinin hesabına ödənilir.                                                
 
                                     
VII. Sifarişlərin təqdim olunması
 
Zona və final mərhələsində idman növləri üzrə komandaların yarışlarda iştirakı üçün şəhər və rayon təhsil şöbələri, idarələri tərəfindən təsdiq olunmuş sifarişlər, eləcə də hər bir idmançının təvəllüdü göstərilmiş şəkilli arayışlar gəlmə günü Baş Hakimlər heyətinə təqdim olunur.
İdman növləri üzrə zona yarışlarında iştirak edən komandalar isə idman növləri üzrə yarışlarda iştirak etmələri haqqında məlumatı aprel ayında Baş hakimlər heyətinə təqdim etməlidirlər.
I-II mərhələ haqqında hesabatlar zona mərhələsinə 15 gün qalmış, III mərhələnin yekunu haqqında hesabatlar isə final mərhələsinə 10 gün qalmış Təhsil Nazirliyinə təqdim olunmalıdır. 
 Hesabatları göstərilən müddətlərdə təqdim etməyən şəhər və rayon komandaları növbəti mərhələyə buraxılmayacaqlar.            
 
VIII. İdman növləri üzrə proqram
 
Futbol
 
İştirakçıların təvəllüdü: 1994-1996- cı il
Komandaların tərkibi: 16 idmançı, 1 məşqçi. Yarışlar 2 yarımqrupda dairəvi sistem üzrə bir dövrədən ibarət keçirilir. Yarımqrupların qalibləri öz aralarında I – II yerlər üzrə, II yerləri tutmuş komandalar III-IV və s. yerlər uğrunda mübarizə aparırlar. Yarımqrupda ən çox xal toplamış komanda qalib hesab edilir. 
Qələbə üçün 3 xal, heç-heçə üçün 1 xal, məğlubiyyət üçün 0 xal verilir. 1-2, 3-4, 5-6, 7-8-ci yerlər uğrunda yarışların əsas və əlavə vaxtı heç-heçə ilə nəticələnərsə, qalib 11 metrlik zərbələrin nəticəsi ilə aşkar olunur. Yarımqrupda iki və daha çox komandanın xalları bərabər olarsa, qalib aşağıdakı qaydada müəyyən edilir: 
1. Öz aralarında keçirilmiş yarışın nəticəsi 
2. Vurulmuş və buraxılmış topların nəticəsi
3. Ən çox vurulmuş topların sayı
4. Püşk nəticəsində
                                                                                                                                            
Həndbol
 
İştirakçıların təvəllüdü: 1994-1996-cı il, oğlan və qızlar
Komandaların tərkibi: 12 idmançı, 1 məşqçi, 1 nümayəndə. Yarışlar 2 yarımqrupda dairəvi sistem üzrə bir dövrədən ibarət keçirilir. Yarımqrupların qalibləri öz aralarında I – II yerlər üzrə, II yerləri tutmuş komandalar III-IV və s. yerlər uğrunda mübarizə aparırlar. Yarımqrupda ən çox xal toplamış komanda qalib hesab edilir. 
Yarımqrupda iki komandanın xalları bərabər olarsa, onların arasındakı oyunun qalibinə üstünlük verilir. 
Üç və daha çox komandanın xalları bərabər olduqda yerlər aşağıdakı qaydada müəyyən edilir:
1. Qələbələrin sayına görə
2. Xalların nisbətinə görə
3. Topların nisbətinə görə  
 
Basketbol
 
İştirakçıların təvəllüdü: 1994-1996- cı il, oğlan və qızlar
Komandaların tərkibi: 12 idmançı, 1 məşqçi, 1 nümayəndə. Yarışlar 2 yarımqrupda dairəvi sistem üzrə bir dövrədən ibarət keçirilir. Yarımqrupların qalibləri öz aralarında I – II yerlər üzrə, II yerləri tutmuş komandalar III-IV və s. yerlər uğrunda mübarizə aparırlar. Yarımqrupda ən çox xal toplamış komanda qalib hesab edilir. 
Yarımqrupda iki komandanın xalları bərabər olarsa, onların arasındakı oyunun qalibinə üstünlük verilir. 
Üç və daha çox komandanın xalları bərabər olduqda yerlər aşağıdakı qaydada müəyyən edilir:
1. Qələbələrin sayına görə
2. Xalların nisbətinə görə
3. Topların nisbətinə görə     
 
Voleybol
 
İştirakçıların təvəllüdü: 1994-1996- cı il,  oğlan və qızlar
Komandaların tərkibi: 12 idmançı, 1 məşqçi, 1 nümayəndə. Yarışlar 2 yarımqrupda dairəvi sistem üzrə bir dövrədən ibarət keçirilir. Yarımqrupların qalibləri öz aralarında I – II yerlər üzrə, II yerləri tutmuş komandalar III-IV və s. yerlər uğrunda mübarizə aparırlar. Yarımqrupda ən çox xal toplamış komanda qalib hesab edilir.  
Yarımqrupda iki komandanın xalları bərabər olarsa, onların arasındakı oyunun qalibinə üstünlük verilir. 
Üç və daha çox komandanın xalları bərabər olduqda yerlər aşağıdakı qaydada müəyyən edilir:
1. Qələbələrin sayına görə
2. Xalların nisbətinə görə
3. Topların (setlərin) nisbətinə görə       
 
Stolüstü tennis
 
 İştirakçıların təvəllüdü: 1994-1996- cı il, oğlan və qızlar
Komandanın tərkibi: 5 oğlan, 5 qız, 1 məşqçi, 1 nümayəndə. 
Yarışlar şəxsi və komanda birinciliyi üzrə keçirilir. Komandalardan biri 5 xal toplayan kimi yarış başa çatır. 
Şəxsi yarışlar iki dərəcədə keçirilir: bir-biri ilə (təkbətək), qoşa
Birinci mərhələdə yarışlar yarımqruplarda dairəvi üsulla bir dövrədən ibarət keçirilir. 
Yarışların final mərhələsi “uduzan çıxır” sistemi üzrə keçirilir və bütün yerlərin hamısı oynanılır.
 
Atletika
 
 İştirakçıların təvəllüdü: 1995-1996- cı il, oğlan və qızlar
Komandanın tərkibi: 11 oğlan, 11 qız   və 2 məşqçidən ibarətdir.
 
Oğlanlar Qızlar
100 m qaçış 100 m qaçış
200 m qaçış 200 m qaçış
400 m qaçış 400 m qaçış
1500 m kross 800 m qaçış
4х100 m estafet 4х100 m estafet
Uzununa və hündürlüyə tullanma Uzununa və hündürlüyə tullanma
Nüvə tullama Nüvə tullama
 
                                                       
Hər bir idmançı bir növdə və estafetdə iştirak edə bilər. Oğlan və qızlar arasında komanda birinciliyi idmançıların topladığı xalların sayının çoxluğuna görə müəyyən edilir. 
Xallar nəticələrin rəsmi qiymət cədvəli üzrə hesablanır. İki və daha çox komandanın xalları eyni olarsa üstünlük birinci və sonrakı şəxsi yerləri tutmuş komandaya verilir. 
 
Boks
 
İştirakçıların təvəllüdü: 1995-1996-cı il, oğlanlar
Komandanın tərkibi: 13 idmançı, 1 məşqçi və 1 hakim.
Yarış Beynəlxalq Boks Federasiyasının qəbul etdiyi qaydalara uyğun keçirilir. 
 
Yunan-Roma güləşi
 
 İştirakçıların təvəllüdü: 1995-1996-cı il, oğlanlar
Komandanın tərkibi: 10 idmançı, 1 məşqçi və 1 hakim.
Yarış Beynəlxalq Güləş Federasiyasının qəbul etdiyi qaydalara uyğun keçirilir.


Spartakiadasının proqramına daxil  olan______________________üzrə_____________                                                    
                                                                                            (idman növünün adı göstərilir)              (rayon,şəhər)
komandasının iştirak etməsi üçün
 
SİFARİŞ