21.09.2015 12:11

Yaponiya Fondu 20 may 2010 – 25 mart 2011-ci il müddətində Yaponiyanın ali məktəblərində tədqiqat aparmaq arzusunda olan Azərbaycan vətəndaşlarına “2010-2011 İntellektual Mübadilə Təqaüd Proqramı”nı təklif edir.

Təqaüd proqramına müraciət etmək istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
 
1.Bakalavr və magistr təhsil olan tədqiqatçılar, jurnalistlər və humanitar və ya sosial elmlər sahələrində fəaliyyət göstərən və ya media, qeyri hökumət təşkilatlarında praktiki təcrübəyə malik olmalı; 
2. İngilis dilini mükəmməl bilməli;
3. Yaşı 1 aprel 2010-cu il tarixinədək 45 yaşa qədər olmalı;
4. Yaponiyada ali təhsil müəssisəsinə müstəqil şəkildə qəbul olmalı və akademik rəhbəri müəyyən etməlidirlər.
5.Yapon dilli tələbələr, sənaye sahəsi üzrə təlim kursunun tələbələri və ya ənənəvi mədəniyyət sahələri üzrə təhsil alan tələbələri bu Proqrama müraciət edə bilməzlər. Eyni zamanda dövlət qurumlarında çalışan şəxslər bu Proqramda iştirak edə bilməzlər.
 
Əlavə məlumat və ərizə formaları almaq istəyənlər Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəsmi internet saytına www.az.emb-japan.go.jp müraciət edə bilərlər. Doldurulmuş ərizə formaları 28 dekabr 2009-cu il tarixində saat 17:45-dək qəbul olunur.