21.09.2015 12:11

Yaponiyanın Siyasi Tədqiqatlar üzrə Milli İnstitutu (GRİPS – National Institute for Policy Studies) magistratura və doktorantura proqramlarına qəbul elan edir.

Qeyd olunan ali təhsil müəssisəsi tərəfindən 1 və yaxud 2 illik Dövlət siyasəti, Makroiqtisadi siyasət, Dövlət maliyyəsi, İqtisadiyyat, planlaşdırma və dövlət siyasəti üzrə magistratura proqramları, 5 illik GRİPS Qlobal idarəetmə və Siyasi təhlil üzrə birləşdirilmiş magistratura-doktorantura proqramları və 3 illik doktorantura proqramları təklif edilir. Ən yaxşı göstəricilərə malik namizədlərə təqaüd verilməsi nəzərdə tutulur.
Siyasi təhlil və doktorantura proqramlarını seçmək istəyən namizədlər 14 noyabr 2014-cü il tarixinədək müraciət edə bilərlər.
Əlavə məlumatları  http://www.grips.ac.jp/en/admissions/apply/ ünvanından almaq mümkündür.