21.09.2015 12:11

Milli qiymətləndirmə tədqiqati mqt-2015 üçün sahə fəaliyyətinin həyata keçirilməsi

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Kredit Nö.: 4394AZ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətlərin məqsədi: Milli Qiymətləndirmə Tədqiqatı-2015 çərçivəsində Azərbaycan Respublikasının seçilmiş məktəblərində 5-ci və 7-ci sinif şagirdləri arasında əsas məlumatların toplanması üçün sahə fəaliyyətinin idarəolunması və toplanmış məlumatların elektron bazaya daxil edilməsi
 
Xidmətlərin icra müddəti: yanvar-oktyabr 2015-ci il
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • əsas heyət haqqında məlumat;
  • nizamnamə.
 
 
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
 
  • Məsləhətçi təşkilat təhsil və/və ya sosial sahələrdə sorğuların keçirilməsində geniş təcrübəyə malik olmalıdır;
  • Məsləhətçi təşkilat yerlərdə aparılacaq işləri və texniki məlumatların bazaya daxil edilməsi prosedurlarını həyata keçirmək üçün təcrübəyə malik olmalıdır;
  • Məsləhətçi təşkilat zəruri ixtisaslı və təcrübəli əsas heyətə və digər resurslara malik olmalıdır;
  • Təhsil sahəsində təcrübəsi olan təşkilat üstün dəyərləndiriləcək.
 
 
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
 
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “ Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 
 
Maraqların İfadəsi yazılı şəkildə 20 oktyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqələndirici şəxs: Yeganə Manafova
Əlaqə telefonları: (+99 412) 488-66-47/48; faks: (+99 412) 488-66-49.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.