21.09.2015 12:11

“Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” iştirakçı seçimi üçün elan

 “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması”
07-11 oktyabr, 2014
iştirakçı seçimi üçün elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” təliminə iştirakçı qəbulu elan edir.

 Təlim haqqında qısa məlumat:
 
Təlimin keçirilmə tarixi: 07-11 oktyabr, 2014

Məkan: Quba rayonu, ADİU-nun Tədris, idman və sağlamlıq mərkəzi
Təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır.

İştirakçıların sayı: 30 nəfər

Təlim dili: Azərbaycan dili
 
İştirakçıya qoyulan tələblər:
- Ali pedaqoji təhsil;
- Pedaqoji iş təcrübəsi (ən az 2 il);
- Azərbaycan dilində sərbəst danışma, oxuyub anlama bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Məsuliyyətli;
- Əməkdaşlıq bacarığı;
- Fasilitasiya bacarığı.

Arzu olunandır:
- Hazırda müəllim olaraq çalışan;
- Respublikanın bölgələrinə getmə imkanı olan;
- Mütaliə vərdişi olan;
- Təlimçi kimi fəaliyyət göstərən.

Əlaqə
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına (Əlavə ) öz CV - lərini də əlavə edərək assessment@edu.gov.az elektron poçt ünvanına göndərməlidir.
 
Müraciət üçün son tarix: 29 sentyabr 2014-cü il