21.09.2015 12:11

Layihənin nailiyyət indikatorlari üzrə tədqiqat

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi
 Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
 Kredit Nö.: 4394AZ
 
  Azərbaycan HökumətiTəhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 Xidmətlərin məqsədi: TSİİL daxilində icra olunan işlər və layihənin nəticələrinin əldə olunması istiqamətində nail olunan irəliləyişin qiymətləndirilməsi məqsədi ilə tədqiqatın həyata keçirilməsi nəzərdə tutulur.
 Xidmətlərin icra müddəti: dekabr 2014-cü il– dekabr 2015-ci il
 Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
· müraciət məktubu;
· yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
· əsas heyət haqqında məlumat;
· nizamnamə.
 Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: 
· Sorğuların hazırlanması və əhali arasında sorğuların keçirilməsi sahəsində təcrübə;
· Təhsil sektorunda tədqiqatlar/araşdırmalar üzrə təcrübə;
· Beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələr ilə iş təcrübəsi. 
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 Maraqların İfadəsi yazılı şəkildə 05 sentyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.