21.09.2015 12:11

Məktəb icmaları ilə işin təşkili üzrə milli məsləhətçi

Tapşırığın adı: Məktəb icmaları ilə işin təşkili üzrə milli məsləhətçi

İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL)

İcra müddəti: oktyabr 2014 – mart 2016

Məkan: Təhsil Nazirliyi, Bakı şəhəri

Tapşırıq və vəzifələr:
• Valideynlərin və icmanın məktəb həyatında iştirakının yaratdığı vəziyyətə, problemlərə və imkanlara dair hesabatın hazırlanması;
• Məktəb icmaları ilə məsləhətləşmələrin təşkili;
• Dövlət agentliklərinin, yerli hakimiyyət orqanlarının, məktəb və birliklərin rol və öhdəliklərinin ətraflı təsviri ilə təhsil xidmətlərinin göstərilməsi üzrə mövcud hüquqi baza və institusional tədbirlərin nəzərdən keçirilməsi;
• Təhsil sahəsində icmanın iştirakının cari vəziyyətinin təhlil edilməsi;
• Valideynlərin və icmanın iştirakını əhatə edəcək siyasət sənədinin və əhatəli təlimatların işlənib hazırlanması;
• Tapşırıq ilə bağlı digər vəzifələrin Təhsil Nazirliyinin tələb etdiyi qaydada yerinə yetirilməsi.
 
İxtisas tələbləri:
• Təhsil, idarəetmə və ya digər müvafiq sahədə ali təhsil;
• Təhsil, xüsusilə təhsilin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi;
• İdarəetmə və təşkilati sahədə təcrübə;
• Azərbaycan və ingilis dillərində yüksək bilik;
• Kompüter proqramları ilə yüksək işləmə bacarığı;

Müraciət forması:
Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər.

Son təqdim edilmə tarixi: 27 avqust 2014-cü il, 18:00

Əlaqə üçün məlumat:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49