21.09.2015 12:11

Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası - Siyasət Komponenti üzrə Koordinator

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Peşə Təhsili və Təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası layihəsinin məqsədi müvafiq siyasətin formalaşdırılması prosesini təkmilləşdirmək, bilik və bacarıqlara əsaslanan peşə təhsili və təliminin həyata keçirilməsində yeni əməkdaşlıq modeli işləyib hazırlamaqdır. Yeni kurikulumlar və təlim proqramları Azərbaycanda əmək bazarının tələblərinə uyğun olacaq və yeni peşə standartlarına əsaslanacaqdır.
Layihənin ofis komandasının üzvü olaraq, Siyasət Komponenti üzrə uzunmüddətli yerli koordinatorun əsas vəzifəsi Texniki Yardım Komandasına məsləhətçi və uyğun səviyyəli heyət üzvü qismində çalışmaq, onun işini və layihənin vaxtında icra edilməsini dəstəkləməkdir. Koordinatordan regionlara, xüsusilə İsmayıllıya səfər etmək tələb olunacaqdır. Tam ştatlı olan bu vəzifə 2011-ci ilin fevral ayına qədər davam edəcəkdir.
 
Koordinatorun vəzifələri aşağıdakılardır:
• Komponentin əsas ekspertinin dəstəyi ilə “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” və digər müvafiq hüquqi aktlar və sərəncamlar barədə, layihənin peşə təhsili sistemində və turizm sektoru da daxil olmaqla Azərbaycanda aparıcı biznes qurumlarının ehtiyacları sahəsində aparılan tədqiqatlar barədə tam şəkildə məlumat əldə etmək;
• Müasirləşdirmə-islahatlar strategiyasının formalaşdırılması sahəsində nazirliklər tərəfindən həyata keçirilmiş müvafiq fəaliyyətləri müəyyən etmək;
• Layihəni lazımınca təmsil etmək və Təhsil Nazirliyi, digər nazirliklər və icra hakimiyyətləri, peşə məktəbləri və liseyləri, biznes qurumları, eləcə də lazım olduğu halda digər təşkilat və şəxslərlə müsbət iş münasibətləri yaratmaq;
• Komponentin əsas ekspertilə işləyərək özünütəhsil materiallarından istifadə də daxil olmaqla, təlim seminarları hazırlamaq və həyata keçirmək;
• Təhsil Nazirliyi üçün milli texniki peşə təhsili strategiyasının işlənib hazırlanmasında Komponentin əsas ekspertinə dəstək vermək. Buraya strategiya ilə bağlı maliyyə məsələləri da aiddir;
• Siyasət üzrə konseptual sənədlərin və icra planlarının hazırlanmasında iştirak etmək;
• Komponentin əsas ekspertilə işləyərək formalaşdırılmış siyasətlə bağlı əsas təşkilatlar və şəxslərlə konsultasiyalar aparmaq.
 
Namizəd aşağıdakı vacib hesab edilən təcrübə və bacarıqlara malik olmalıdır:
• Peşə Təhsili və Təlimi (PTT) sektoru-əmək bazarı sahəsində siyasət və strategiyanın işlənib hazırlanması üzrə ən azı 5 illik müvafiq təcrübə;
• Layihə komponentinin əhatə etdiyi PTT siyasəti sahəsi üzrə dərin biliklər (baxın: www.azvet.edu.az);
• Müvafiq sahədə universitet dərəcəsi və ya ekvivalent dərəcə (təhsil, biznesin idarəedilməsi, iqtisadiyyat);
• PTT sektorunda yüksək vəzifədə çalışmaq sahəsində təcrübə;
• Beynəlxalq layihələrdə iştirak üzrə təcrübə;
• Öz təhsili və peşəkar inkişafına dair öhdəliyə malik olması;
• Mükəmməl Azərbaycan dili bacarıqları.
 
İngilis dilini bilən namizədə üstünlük veriləcəkdir.
Ərizə qəbulu 23 noyabr 2009-cu il tarixdə saat-18:00-da başa çatır.
Maraqlananlar CV və onu müşayiət edən məktubu annj2005@yahoo.co.uk elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (Subject) hissəsində “Policy Component Coordinator” sözləri yazılmalıdır.
CV-ni müşayiət edən məktubunuzda qeyd edilən tələblərə necə cavab verdiyinizi təsvir etməklə bərabər, nə üçün bu vəzifəyə ideal namizəd olduğunuzu da göstərməlisiniz. Məktubun əsas hissəsi 500 sözdən artıq olmamalıdır.
Müraciət edən şəxslər Azərbaycan və ya ingilis dillərindən istifadə edə bilərlər. Dekabrın 11-nə qədər yalnız CV-ləri seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.