21.09.2015 12:11

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Ajou Universitetində Beynəlxalq ticarət və beynəlxalq biznes üzrə 16 aylıq (2010-cu ilin fevralından – 2011-ci ilin iyuluna qədər) magistr proqramı elan edir.

 
Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
 
 Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:

 ·        namizəd ali təhsilli olmalı;
·        ingilis dilini yüksək səviyyədə bilməli;
·        tibbi cəhətdən sağlam olmalı;
·        yaş həddi 35-dən aşağı olmalı;
·        namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir.
 
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
  • KOICA ərizə forması;
  • Ajou Universitetinin ərizə forması;
  • əsaslandırma (motivasiya) məktubu;
  • iki ədəd tövsiyə məktubu;
  • diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • TOEFL və ya IELTS sertifikatı;;
  • xarici pasportun surəti;
  • 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
  • CV.
 
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
 
Məlumatları və ərizə formalarını aşağıdakı linklərdən yükləyə bilərsiniz:
 
 
 
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 25 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).