21.09.2015 12:11

Koreya Universitetlərində təhsil almaq istəyənlərin nəzərinə!

Oktyabrın 20-də Bakıda Koreya universitetlərinin Təhsil sərgisi keçiriləcək. "Hyatt Hotel"in Şuşa konfrans zalında təşkil olunacaq sərgi saat 14:00-dan 18:00-a qədər davam edəcək. (Ünvan: Bakıxanov küçəsi 1, tel: 496-12-34).
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi, SEBA və Koreya Turizm Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Koreyanın 13 nüfuzlu ali təhsil müəssisəsi - Koreya Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED), Koreya, Sunçunyanq, Kyunq Puk Milli, Mokpo Milli, Pusan Milli universitetləri və s. iştirak edəcək.
Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu universiteti vasitəsi ilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.