21.09.2015 12:11

Maraqların ifadəsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ
KREDIT No: 4595 AZ
 
Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitin bir hissəsinin “Tərcümə xidmətləri”nin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətin məqsədi keyfiyyətli, dəqiq və vaxtında olan yazılı və şifahi tərcümə xidmətləri göstərməklə layihə çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etməkdir.
 
Xidmətlərin icra müddəti: Fevral – sentyabr, 2013-cü il.
 
Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər Maraq ifadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
     
 
Məsləhətçi şirkətlərin ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
  • Tərcümə xidmətlərinin göstərilməsi sahəsində uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır;
  • Tərcüməçi heyəti ən azı 5 illik təcrübəyə malik olmalıdır;
  • Xarici təşkilatlarla təcrübəyə malik olan şirkətlərə üstünlük verilir.
     
 
Məsləhətçi şirkətlər ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
 
Məsləhətçi şirkətlərin seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlərdən xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 
Maraqların ifadəsi yazılı şəkildə 2013-cü il fevralın 8-dək aşağıdakı ünvana təqdim edilməlidir: 
 
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.