21.09.2015 12:11

İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi proqramı çərçivəsində Orta Şərq Texnologiya Universitetinin Şimali Kipr Kampusu 2013-2014-cü illər üçün təşkilata üzv dövlətlərin tələbələrinə bakalavr pilləsi üzrə aşağıdakı sahələrdə 5 təqaüd proqramı təklif edir:

  • Kimya mühəndisliyi
  • Neft və təbii qaz mühəndisliyi
  • Kompüter mühəndisliyi
  • İqtisadiyyat
  • İngilis dilinin tədrisi
  • Biznesin idarə edilməsi
  • Siyasi elmlər və beynəlxalq əlaqələr
 
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://app.ncc.metu.edu.tr/undergraduate/ internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 15 iyun 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.