Azərbaycanlı tələbələr və dövlət qulluqçuları Saemaul kafedrasında “Saemaul Undonq (yeni kənd təsərrüfatı hərəkatı) nəzəriyyəsi və praktikası” və “Meşə ehtiyatları və ekologiyanın bərpası”, Dövlət Siyasəti və Liderlik kafedrasında isə “Dövlət Siyasəti və Liderlik” üzrə magistr dərəcəsi almaq üçün mövcud təqaüd proqramına dəvət olunur. Xarici tələbələrə tam təqaüd veriləcəkdir (təhsil, yaşayış, qida və digər xərclər).