21.09.2015 12:11

Maraqların ifadəsi üçün dəvət (məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

Məktəb kitabxanaçıları üçün təlim və mentorluq
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Kredit Nö.: 4394AZ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
Təlim proqramının məqsədi bütün lazımi bacarıqlardan, İKT və internet resurslarından istifadə etməklə kitabxanaçıların məktəb kitabxanasının istifadəçilərinə mükəmməl xidmətlər göstərməyinə kömək etmək və ixtisaslı kitabxanaçıların hazırlanmasıdır. Mentorluq fəaliyyətinin əsas məqsədi təlimdən keçmiş kitabxanaçıların növbəti tədris ili ərzində kitabxanalardakı vəzifə öhdəliklərinin səmərəliliyini təmin etmək və təlim zamanı kitabxanaçıların təlimi nəticəsində əldə edilən yeni bilik və bacarıqları tətbiq etməkdir.
Xidmətlərin icra müddəti: dekabr 2012-ci il - dekabr 2013-cü il
Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
  • Müvafiq sahədə təlim və seminarların keçirilməsi üzrə geniş təcrübə;
  • Əsas heyətin təhsil sahəsində geniş təcrübəsi;
  • Məktəb kitabxanaları ilə bağlı layihələrin həyata keçirilməsində təcrübə;
  • Azərbaycan dilində, xüsusilə Azərbaycanın regionlarında təlimlərin keçirilməsi üzrə təcrübə.
 
 
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. 
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.  
Maraqların İfadəsi yazılı şəkildə 2012-ci il, noyabrın 23-nədək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.