21.09.2015 12:11

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqənin keçirilməsi barədə elan

1. Müsabiqə 29 oktyabr 2011-ci il tarixdə saat 10:00-da başlanır
2. Müsabiqə saat 11:00-da bitir
 
Müsabiqənin keçirilməsi qaydaları:
 
1. Müsabiqə iştirakçıları test sualları olan vərəqlərin hər birini imzalayırlar
2. Sonuncu vərəqdə hər iştirakçı adını, soyadını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini qeyd edir, müsabiqənin keçirilmə tarixini yazır
3. Test suallarının 50 faizindən çoxuna düzgün cavab verən iştirakçı müsabiqədən keçmiş hesab olunur
4. Test müsabiqəsinin cavabları və qaliblər müsabiqənin vaxtı bitdikdən sonra 2 saat ərzində elan olunur
5. Bir düzgün cavab bir balla qiymətləndirilir
6. Səhv cavab düzgün cavabı ləğv etmir
7. Eyni yerə bir neçə namizəd olarsa, üstünlük daha çox bal yığana verilir. Ballar eyni olarsa, qalib müshaibə yolu ilə müəyyən edilir
8. Eyni göstəricilərə malik iştirakçılarla müsahibə müsabiqədən sonrakı ilk iş günündə Təhsil Nazirliyində aparılır və yekun qərar müsahibə günündə elan olunur
 
Ünvan :   8-ci mikr. Heydər Hüseynov küçəsi, 17A 18 nömrəli Bakı Peşə Liseyi 
Tel : 561-34-89