21.09.2015 12:11

Layihənin Əlaqələndirmə Qrupunun satınalmalar üzrə meneceri

Tapşırığın adı:

Layihənin Əlaqələndirmə Qrupunun satınalmalar üzrə meneceri

İcra olunduğu yer:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL), Layihənin Əlaqələndirmə Qrupu (LƏQ)
İcra müddəti: 2011-2013
Tapşırıq və vəzifələr:

Məsləhətçi aşağıdakı əsas tapşırıqları və vəzifələri yerinə yetirəcəkdir:

  • TSİİL-də nəzərdə tutulmuş bütün növ satınalma prosesinin Dünya Bankı təlimatlarına, habelə Dünya Bankı təlimatları ilə ziddiyyət təşkil etmədiyi halda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilməsini təmin etmək;
  • Bütün satınalmaları Dünya Bankının prosedurlarına, Layihənin Dəyərləndirmə Sənədində və Kredit Sazişində  verilmiş təlimatlara, habelə Dünya Bankının Tapşırıq Rəhbərinin və ya Satınalmalar üzrə Mütəxəssisinin spesifik göstərişlərinə uyğun təşkil etmək;
  • Satınalmalar üzrə təlimatlara, metodlara, icra müddətlərinə və bu kimi digər məsələlərə dair alt-komponent koordinatorları (AKK) və Təhsil Nazirliyinin müvafiq rəhbər işçilərini zəruri materiallarla təmin etmək;
  • TSİİL-in Satınalma Planını hazırlamaq/yeniləşdirmək, Təhsil Nazirliyinə, Dünya Bankına göndərilməsi üçün LƏQ direktoruna təqdim etmək;
  • Hər bir satınalma tədbiri üzrə müvafiq fəaliyyət cədvəlini hazırlamaq, satınalmaların həyata keçirilməsində AKK-lərlə sıx əməkdaşlıq qurmaq, satınalmalarla bağlı bütün zəruri tədbirləri həyata keçirmək.
İxtisas tələbləri:
  • Ali təhsili;
  • Satınalmalar sahəsində azı 2-illik iş təcrübəsi;
  • Dünya Bankının layihələrində və ya digər beynəlxalq layihələrdə azı 2 illik iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməsi;
  • Kompüterdən mükəmməl istifadə bacarığı.
Tələb olunan sənədlər:

Tərcümeyi-hal (CV)

Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.

Son təqdim edilmə tarixi: 12 sentyabr 2011-ci il
Əlaqə üçün məlumat:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,

Layihənin Əlaqələndirmə Qrupu,

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqələndirici şəxs: Elvin Rüstəmov

Əlaqə telefonları: 496-37-59/60; faks: 496-93-68.

Email: erustamov@ultel.net