21.09.2015 12:11

Yaponiya hökuməti 2012-ci il üçün texnologiya kollecində təhsil alan tələbələr üçün mexaniki mühəndislik, elektronika üzrə mühəndislik, İKT üzrə mühəndislik, memarlıq üzrə mühəndislik və s sahələrdə təqaüd proqramlarını təklif edir.

Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər:
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • 2 aprel 1990-cı il və 1 aprel 1995-ci il tarixləri arasındakı müddətdə anadan olmuş şəxslər;
  • Orta təhsili bitirmiş şəxslər;
  • Yapon dilini öyrənmək arzusunda olanlar;
  • Təqaüd müddətində həqiqi hərbi xidmət möhləti olanlar.  
 
Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər:
  • Yaponiyanın vətəndaşı olan şəxslər;
  • Daha əvvəl Yaponiya hökumətinin təqaüdündən istifadə etmiş şəxslər. 
 
Təqaüd Proqramı 2012-ci ilin aprel ayından 2016-ci ilin mart ayınadək 4 illik müddəti əhatə edir.
Təqaüd proqramına 1 illik yapon dili kursu da daxildir.
Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək mümkündür.
Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı səfirliyinə təqdim etmək olar.