21.09.2015 12:11

YUNESKO-nun Gənc Peşəkarlar Proqramı

YUNESKO tərəfindən 2011-ci il üçün Gənc Peşəkarlar Proqramı (Young Profesionals Programme) elan edilmişdir. Namizədlərə təşkilatda işləmək imkanı verən bu proqramın məqsədi YUNESKO Katibliyinin coğrafi təmsilçiliyinin genişləndirilməsi, təşkilatın işçi heyətinin gənc kadrlarla təchiz olunması, işçilər arasında qadınların sayının artırılması, eləcə də qurumun işinin ahəngdar və daha səmərəli olmasının təmin edilməsidir.
Proqram üçün müraciət edəcək şəxs maksimum 30 yaşında olmalı, ingilis və ya fransız dilini mükəmməl səviyyədə bilməli və aşağıdakı sahələrdə magistr və ya doktorluq dərəcəsinə malik olmalıdır:
  • Təhsil: təhsilin iqtisadiyyatı, təhsil, siyasət və idarəetmə, təhsilin keyfiyyəti, təhsildə idarəetmə;
  • Təbiət elmləri: geologiya və ya geofizika, coğrafi informasiya sistemləri (GIS), riyaziyyat və ya fizika;
  • Sosial və Humanitar elmlər: elm və texnologiya etikası;
  • Mədəniyyət: antropoliya, etnologiya, sosiologiya, politologiya (beynəlxalq münasibətlər ixtisası üzrə)
  • Kommunikasiya və İnformasiya;
  • Maliyyə menecmenti: maliyyə və ya mühasibatlıq;
  • İdarəetmə: informatika, informasiya sistemləri və bu kimi sahələr (layihələrin və tətbiqi sistemlərin idarəedilməsi kimi sahələrə üstünlük veriləcəkdir)  
Proqram haqqında məlumatları http://portal.unesco.org/en/ev.php-URL_ID=11714&URL_DO=DO_TOPIC&URL_SECTION=201.html internet ünvanından əldə etmək mümkündür.
Ərizə formasını yükləyin: ƏRİZƏ FORMASI 
Proqramda iştirak etmək arzusunda olan namizədlər təmsil etdikləri qurumdan müvafiq tövsiyə məktubu ilə birgə sənədlərini 10 yanvar 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova, tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.