21.09.2015 12:11

22 dekabr 2010-cu il tarixində Bakı Dövlət Universitetində akademik Şəfayət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçiriləcəkdir.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini (elektron variant əlavə olunmaqla) 10 dekabr 2010-cu il tarixinə qədər konfransın Təşkilat Komitəsinə təqdim edə bilərlər.
 
Ünvan: Bakı şəh.,Z.Xəlilov küç., 23, əsas bina 315-ci otaq.
Tel: (012) 439-09-81