21.09.2015 12:11

“LAYİHƏNİN ORTA MÜDDƏTİNƏ VƏ SONUNA OLAN MÜŞAHİDƏ TƏDQİQATLARI”NIN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT № 4394AZ
 
“LAYİHƏNİN ORTA MÜDDƏTİNƏ VƏ SONUNA OLAN MÜŞAHİDƏ TƏDQİQATLARI”NIN KEÇİRİLMƏSİNƏ DAİR
 
MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətlərin məqsədi: Layihənin ortasında və sonunda müşahidəli tədqiqat keçirmək yolu ilə yeni kurikulumun, qiymətləndirmə alətlərinin və yeni təlim materiallarının istifadə edilməsi ilə əlaqədar olan məsələlərə fasiləsiz suarətdə kömək etmək iqtidarında olan metodistlərin faiz nisbəti, eləcə də yeni kurikulumun tətbiq edildiyi şəraitdə fəal metodologiyalardan istifadə edən müəllimlərin faiz nisbəti üzrə əldə edilən irəliləyişləri müəyyən etmək məqsədi ilə mətnli və rəqəmli məlumatlar toplamaq.
 
İcraçı təşkilat üçün ixtisas tələbləri:
  • təhsil sektorunda, sinif otaqlarında müşahidələrin tərtib edilməsi və həyata keçirilməsi sahəsində geniş təcrübə;
  • müşahidənin rəqəmli nəticələrini təhlil etmək məqsədilə keyfiyyətli məlumat bazasının ilk növbədə Azərbaycan dilində tərtib edilməsi sahəsində geniş təcrübə;
  • təhsil sektorunun monitorinqi və dəyərləndirilməsi sahəsində məsləhətçi xidmətləri göstərmək üçün lazım olan, xüsusilə əsas icra keyfiyyəti göstəricilərinin mənasını başa düşən ixtisaslı heyətə və digər vəsaitlərə, habelə müvafiq təcrübəyə malik olmalıdır;
 
İcra müddəti: 2011-2014-cü illərdə 6 iş ayı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan xidmətin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il dekabrın 23-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Məsləhətçinin Keyfiyyət Göstəriciləri seçim metodu üzrə seçiləcəkdir.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.