21.09.2015 12:11

KOICA təqaüdü çərçivəsində Koreya Universitetində təhsil

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan bakalavr təhsilli şəxslər üçün Koreya Universitetində Beynəlxalq inkişaf üzrə 13 aylıq (2011 fevral-2012 mart) magistr proqramını elan etmişdir. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir:
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • KOICA və KUGSİS ərizə formaları;
  • əsaslandırma (motivasiya) məktubu;
  • 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
  • diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • xarici pasportun surəti;
  • iki ədəd tövsiyə məktubu (namizədin təhsil aldığı ali təhsil müəssisəsinin müəllimi və ya peşə rəhbəri tərəfindən);
  • TOEFL, TOEIC və ya IELTS sertifikatı;
  • namizədin hazırda çalışdığı iş yerindən tövsiyə məktubu
     
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
KUGSIS ərizə formasını, həmçinin http://gsis.korea.ac.kr/students/admissions.html internet səhifəsindən də əldə edə bilərsiniz.
Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248)
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova ­– tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.