21.09.2015 12:11

Ali təhsil sahəsində idarəetmə üzrə milli məsləhətçi

Tapşırığın adı: Ali təhsil sahəsində idarəetmə üzrə milli məsləhətçi
İcra olunduğu yer: Təhsil Nazirliyi
İcra müddəti: 6 ay

Tapşırıq və vəzifələr:

 

Məsləhətçi aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir:

  • Azərbaycanın ali təhsil sahəsində və ali təhsil müəssisələrində (ATM-ləri) mövcud idarəetmə qaydasını təsvir etmək və bunun çatışmazlıqlarını müəyyən etmək məqsədilə təhlillər aparmaq;
  • 2010-cu ilin dekabrında Bakıda keçiriləcək Dünya Bankı konfransında iştirak etmək və layihənin idarəetmə komponenti haqqında ilkin məlumat vermək;
  • Azərbaycan üçün münasib olan ali təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi strategiyasının, o cümlədən ali təhsil müəssisəsinin idarəetmə qaydasının (yəni dövlət nəzarəti, yarım-muxtar, yarım-müstəqil və ya müstəqil) və özəl sektorun vəzifəsinin və səciyyəvi xüsusiyyətlərinin tərtib edilməsi sahəsində beynəlxalq məsləhətçi ilə əməkdaşlıq etmək;
  • Beynəlxalq məsləhətçi ilə birlikdə ali təhsil sahəsində mövcud idarəetmə sisteminin imkanlarını qiymətləndirmək, bu zaman idarəetmə islahatlarını davam etdirmək üçün lazım olan vəsait və imkan (bacarıq) tələbatlarını müəyyən etmək;
  • Təhsil Nazirliyinin və digər müvafiq nazirliklərin əsas nümayəndələri ilə tədqiqat məlumatlarının və ali təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi strategiyasının təklif olunan ilkin variantının müzakirə edilməsində iştirak etmək;
  • Ali təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi strategiyasını, o cümlədən aşağıda göstərilən tədbirləri həyata keçirməkdə Təhsil Nazirliyinə kömək etmək üçün lazım olan fəaliyyət planını tərtib etməkdə beynəlxalq məsləhətçiyə kömək etmək;
  • Dörd illik fəaliyyətin xərclər smetasının tərtib edilməsinə kömək etmək.
İxtisas tələbləri:
  • Akkreditasiyadan keçmiş universitetdə əldə edilən müvafiq yüksək elmi dərəcəyə malik olması;
  • Ali təhsil sahəsində azı 3 il iş təcrübəsinə malik olması;
  • Ali təhsil sahəsində idarəetmə haqqında bilik və təcrübəyə malik olması;
  • Yazılı və şifahi rus və azərbaycan dillərini səlis bilməsi, ingilis dilini işçi səviyyəsində başa düşməsi. 
Tələb olunan sənədlər:

1. Ərizə
2. Tərcümeyi-hal (CV)  
Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.

Son təqdim edilmə tarixi: 03 dekabr 2010-cu il
Əlaqə üçün məlumat:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.

Email: smasimova@ultel.net