21.09.2015 12:11

Vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir:
 
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
  • ərizə (2 nömrəli əlavə)
  • ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 1 oktyabr 2010-cu il tarixdən 15 oktyabr 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə müraciət edilə bilər. 
 
Telefonlar:    496-16-55, 496-35-00



Dövlət orqanının adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi
Struktur bölmənin adı: Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Nəimanov rayonu, Xətai prospekti 49
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 495 manat
Qulluq funksiyaları:
  • ixtisasartırma və yenidənhazırlanma təhsilində “Təhsil haqqında” Qanunun, dövlət təhsil     proqram və standartlarının tətbiqinə nail olunması;
  • ixtisasartırma və yenidənhazırlanma təhsilinin məzmununun daim təkmilləşdirilməsi və tədris prosesinə tətbiqi;
  • ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə tədris plan və proqramlarının, tədris materiallarının hazırlanması;
  • ixtisasartırma və yenidənhazırlanma təhsil pilləsi üzrə müvafiq normativ sənədlərin hazırlanması;
  • ixtisasartırma və yenidənhazırlanma müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, tənzimlənməsi, onların nizamnamələrinin hazırlanması və müvafiq qaydada təsdiqi;
  • təhsilin bütün pillələrini əhatə edən rəhbər və pedaqoji kadrların ixtisasının artırılması və yenidənhazırlanması üzrə fəaliyyət göstərən bütün strukturların fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının təşkili;
  • ixtisasartırma və yenidənhazırlanma üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, təhlili, ümumiləşdirilməsi, tətbiqinə dair tövsiyə və təlimatların hazırlanması;
  • kadrların ixtisasının artırılması və yenidən hazırlanması pilləsində fəaliyyətin effektivliyinə nail olunması və s.
 
Vəzifənin tutulması şərtləri:
təhsil: təhsilin təşkili və idarəolunması ixtisası, maarif ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: azı 3 il
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə);
xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta-yüksək səviyyədə)