10.11.2020 17:00

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2 oktyabr 2020-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2020-2021-ci tədris ilinə ikinci xarici dil fənni üzrə dərslik və müəllim üçün metodik vəsaitlərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin Tender Komissiyasının qərarına əsasən qalibi “Şərq-Qərb” ASC olub və 6 noyabr 2020-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.

 

Tender Komissiyası