23.10.2020 17:23

Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan əsas vəsaitlərə, elektrotexniki avadanlıqlara texniki baxışın keçirilməsi və yararlı olub-olmaması barədə müvafiq rəyin verilməsi xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. 

Maraqlanan təşkilatlar (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 28 oktyabr 2020-ci il saat 17:00-dək təqdim olunmalıdır. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17