29.11.2019 17:55

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan əsas vəsaitlərə, elektrotexniki avadanlıqlara texniki baxışın keçirilməsi və yararlı olub-olmaması barədə müvafiq rəyin verilməsi xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Brend Ekspert” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə  noyabrın 29-da satınalma müqaviləsi bağlanılıb.