20.11.2019 10:55

Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafına dair qrant müsabiqəsinin elanı

 

Ümumi təhsil və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində təhsilə cəlb olunmuş şagirdlərin sağlamlığının qorunması, fiziki-psixi inkişafının, təlim nailiyyətləri və təhsil ehtiyaclarının qiymətləndirilməsi, onların arasında sağlam həyat tərzinin təşviqi, ümumi təhsil və xüsusi təhsil müəssisələrinin maddi-texniki bazasının monitorinqi və bu istiqamətlərdə işlərin aparılması üçün kadr hazırlığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafı üzrə qrant müsabiqəsi elan edir. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.     

 

 

Müsabiqədə iştiraka dair tələblər:

Qeyri-hökumət təşkilatları qrantla bağlı müraciətə aşağıdakı sənədləri əlavə etməlidir:

1. Layihə təklifi (Əlavə 2);

2. Layihənin icra planı (Əlavə 6);

3. Layihənin xərclər smetası (Əlavə 5);

4. Qeyri-hökumət təşkilatının reyestr məlumatı (reyestrdən çıxarış);

5. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

6. Təşkilatın Nizamnaməsinin surəti;

7. Təşkilatın VÖEN-nin surəti;

8. Təşkilat haqqında ümumi məlumat;

9.Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti;

10. Layihədə iştirak edən şəxslərin CV-ləri;

11. Qeyri-hökumət təşkilatının bank hesabı haqqında arayış;

12. İnklüziv və xüsusi təhsil sahəsində müvafiq təcrübəni təsdiq edən sənəd və məlumatlar.

 

Layihələrin təqdim edilməsi:

Ərizələr  elektron formada st2019@edu.gov.az ünvanına göndərilməlidir.

 

Qiymətləndirmə meyarları:

1.   Təhsil sahəsi üzrə layihələrdə qurumun minimum 5 illik təcrübəsi;

2.   Layihənin icra istiqamətlərinə dair dəqiq ifadə edilmiş əsaslandırılma;

3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin eyni məzmunlu  layihələrdə iştirak təcrübəsi;

4.   Qrant layihəsi üçün tələb olunan maliyyə vəsaitinin əsaslandırılması;

5.   Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və  icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

 

Müsabiqənin müddəti:

Layihələrin qəbulu 20 noyabr 2019-cu il tarixindən başlayır və noyabrın 30-da başa çatır.

Layihələrin qəbulu üçün son tarix: 30 noyabr 2019-cu il, saat 18:00

 

Əlaqə:

Ünvan: Bakı şəhəri, Xətai 49

Telefon: 146

Elektron poçt: st2019@edu.gov.az