15.11.2019 18:10

Tender barədə elan

Bildiririk ki, Təhsil Nazirliyinin inzibati binasında mövcud olan yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovka sorğusu üsulu ilə satın alınması haqqında bildiriş İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmi internet saytında (www.tender.gov.az) və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) 5 noyabr 2019-cu il tarixində yerləşdirilib.

8 noyabr 2019-cu il tarixində tender komissiyasının keçirdiyi iclasda tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu üçün  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən tender prosedurunun baş tutmaması və onun davamından imtina edilməsi barədə qərar qəbul edilib.